Krımın ən böyük neft terminalı vuruldubackend

Krımın ən böyük neft terminalı vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-nə keçən gecə Ukrayna müdafiə qüvvələri müvəqqəti olaraq işğal olunmuş Krımın Feodosiyadakı neft terminalına uğurlu zərbə endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Telegram-da məlumat yayıb. “Bu gecə müvəqqəti işğal altında olan Krım Muxtar Respublikasının Feodosiya bölgəsində düşmənin dəniz neft terminalına uğurlu zərbə endirilib. Tapşırığı Ukrayna Silahlı Qüvvələrinin raket qüvvələrinin bölmələri Ukrayna müdafiə qüvvələrinin digər komponentləri ilə əməkdaşlıqda yerinə yetirib”, – məlumatda deyilir.

PUA-nın hücumundan sonra Feodosiyada neft terminalının yanması faktı oktyabrın 7-də səhər saatlarında ictimaiyyət və media tərəfindən elan edilib. Baş Qərargah vurğulayıb ki, söhbət işğal olunmuş Krımda işğalçıları da neft məhsulları ilə təmin edən ən böyük terminaldan gedir.

//Samir Qurbanov, Editor.az