Krımın itirilməsi qorxusu Vladimir Putini güzəştə getməyə məcbur edə bilərbackend

Krımın itirilməsi qorxusu Vladimir Putini güzəştə getməyə məcbur edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken rəsmilərlə sızdırılmış söhbətində Krımın Putinin keçməyəcəyi “qırmızı xətt” olduğunu deyib.

Eyni zamanda, amerikalıların özləri də yarımadanın işğaldan azad edilməsinin real məqsəd olduğuna inanmırlar.

Editor.az bildirir ki, bu barədə“The Hill” yazıb. Nəşrin fikrincə, Krımı təcrid etmək üçün Ukrayna Silahlı Qüvvələri Melitopol, Armyansk və ya Skadovska doğru irəliləməlidir.

Kaxovskaya su elektrik stansiyasının ruslar tərəfindən dağıdılmasından sonra bu, bir qədər çətin olub, lakin nəşrin yazdığına görə, Ukrayna qoşunları bu yaxınlarda çayın o tayında amfibiya reydləri həyata keçirib.

Melitopolu ələ keçirməzdən əvvəl Ukrayna qoşunları hələ də inkişaf etmiş səngərlər, mina sahələri və maneələr sistemi ilə əhatə olunmuş Tokmakı azad etməlidirlər. Lakin Rusiya Federasiyası orada 90 mindən çox hərbi qulluqçu qrupu saxlayır.

“Putin Luqansk və Donetskdə rusdilli sakinlərin müdafiəsi haqqında nə deyirsə desin, onun hazırkı prioriteti Krımı saxlamaqdır. Rusiyanın Ukraynanın şimalındakı hücum əməliyyatları və Belarusda “Vaqner” muzdlularının təhlükəsi təxribatdır. Mərkəzdə Baxmutun taktiki üstünlüyü yoxdur.

Hər iki tərəf üçün “Və Ukraynanın Krımı birbaşa təhdid edən irəliləyişləri Putini danışıqlara məcbur edə bilsə də, hətta bu, sadəcə olaraq, gecikdirmə taktikası olardı. Nə qədər ki, Putin hakimiyyəti əlində saxlayacaq, onun uzunmüddətli eqoist məqsədləri heç vaxt dəyişməyəcək”, – nəşr yazır.

//Samir Qurbanov,  Editor.az