Krımın Rusiyaya aid olması ideyası ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffdan gəlib. Bu barədə aprelin 23-də “Washington Post” qəzeti yazıb.
Təkliflə tanış olan bir şəxs ABŞ-ın “Ukraynanı etiraf etməyə məcbur etmədən Krımı Rusiya adlandırması”nı “Witkoffun ideyası” hesab edir. Qəzet yazır ki, Krımın Rusiya kimi tanınması təklifini ehtiva edən ABŞ-ın sülh planı Vitkoffun aprel ayında Moskvaya səfərindən və burada Rusiya Federasiyasının qeyri-legitim prezidenti Vladimir Putinlə bir neçə saatlıq görüş keçirməsindən sonra ortaya çıxıb.
Səfirin bu həftənin sonunda yenidən Moskvaya səfər edəcəyi gözlənilir. Qəzetin adını çəkmədiyi bir Qərb rəsmisi təklif olunan sazişin şərtlərinin və Ukraynadan gözlənilən güzəştlərin “heyrət doğuran” olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az