Kriminal aləmdə “silah sahibi” adını alan şəxs həbs olundubackend

Kriminal aləmdə “silah sahibi” adını alan şəxs həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada ən böyük silah alverçilərindən hesab olunan Joau Filipe Barbieri həbs olunub.

Milli.Az “O Globe” nəşrinə istinadən xəbər verir ki, onu Braziliyada həbs ediblər. Barbierini Polinter – Braziliya xüsusi təyinatlı polisi ələ keçirib. Anasının evində gizlənən şəxsin bura gəlməkdə məqsədi silah satdığı şəxslərdən pulunu geri almaq və silah satışını bərpa etmək olub. Ötən il o, həbsxanadan qaçıb. 2017-ci ildə isə barəsində 27 illik həbs qərarı çıxarılıb.

Joau kriminal aləmdə “silah sahibi” adını alan Ffederiko Barbierinin ögey oğludur. Hazırda o, ABŞ-da cəza çəkir.