66-cı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin qalibi olan Ukraynanın “Kalush Orchestra” qrupu qazandıqları “Kristal Mikrafon” titulunu satıblar. Əldə olunan məlumata görə, mükafatın satılmasında məqsəd Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkələrinə dəstək verməkdir. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, mikrafon “Facebook”da təşkil edilən hərrac vasitəsilə 900 min dollara satılıb. Eyni zamanda, qrupun solisti Oleh Pisikun narıncı papağı da satışa çıxarılıb. “Kristal Mikrafon”dan başqa satılan digər əşyalardan ümumilikdə 750 min avro qazanılıb.
Əldə ediləcək məbləğ Ukraynanın öz istehsalı “PD-2” pilotsuz təyyarəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, Ukrayna prezidenti Vlodimir Zelenski açıqlamasında bildirmişdi ki, “Avroviziya” musiqi yarışını gələn il Mariupolda təşkil edəcəyik.
//Nəzərbəy, Editor.az

