Kristian Eriksen rəsmən “Mançester Yunayted”dəbackend

Kristian Eriksen rəsmən “Mançester Yunayted”də

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted” Kristian Erikseni transfer etdiyini rəsmən açıqladı. Editor.az “sporx” saytına istinadən xəbər verir ki, azad agent statusu olan Eriksen “qırmızı Şeytanlar”la üç illik müqavilə imzayıb. Müqavilə imzalama mərasimindən dərhal sonra Eriksen mətbuata açıqlama verib.

“Mançeter Yunayeted” özəl bir klubludr. Bu klubda oyunamağa başlamaq üçün səbirsizlənirəm. “Old Trafrda” dəfələrlə oynamışam. Ancaq “Mançester Yunayted”in heyətində bu stadionda çıxış etmək başqa bir həyacan vəd edir”-deyə Eriksen bildirib.

Eriksen “Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq haqqında da fikirlərini bildirib.

“Onun Ayaks”dakı fəaliyyətini gördüm.O mükəmməl bir baş məşqçisidir.Onunla danışdığım zaman təcrübələrindən yararlanmaq üçün əlimdən gələni edəcəyəm. 30 yaşım var. Ancaq hələdə futbolçu kimi böyük məqsədlərim var.”-deyə Eriksen bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az