Kriştiano Ronaldo “Real Madrid”ə qayıdırbackend

Kriştiano Ronaldo “Real Madrid”ə qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2025-ci ilin yayında İspaniyanın “Real Madrid” klubuna qayıda bilər.

Editor.az bildirir ki, bu barədə “Sky Sports” öz mənbəsinə istinadən xəbər verir. Nəşrin mənbəsi idmançının hazırda Ronaldonun çıxış etdiyi “Əl-Nasr”ın vəsiqə qazana bilmədiyi Klublararası Dünya Çempionatında oynamaq istədiyinə aydınlıq gətirib.

Transfer pəncərələri iyunda açılacaq və bu müddət ərzində futbolçu “Real Madrid” ilə bir turnir üçün müqavilə bağlamağı planlaşdırır.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarında Səudiyyə Ərəbistanı klubunun hücumçusu olub. Onun müqaviləsi 2024-2025-ci il mövsümünün sonuna kimidir. Artıq mətbuatda idmançının müqaviləni yeniləyəcəyi və onun “Əl-Nasr”ın 5%-lik səhminin sahibi olacağı xəbəri yayılıb. Ronaldo 2009-2018-ci illərdə “Real Madrid”də çıxış edib.

//Samir Qurbanov, Editor.az