Kriştianu Romarionu arxada qoydubackend

Kriştianu Romarionu arxada qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol tarixinin ən məhsuldar oyunçularının siyahısında dəyişiklik olub.

Editor.az apasport.az-a istinadla bildirir ki, İtaliya “Yuventus”unun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu siyahıda ikinci pillənin vahid sahibi olub.

O, buna rəsmi matçlarda 735-ci qolunu vurmaqla imza atıb. “Sampdoriya” ilə A seriyasının matçındakı (2:0) qol braziliyalı Romarionu keçmək üçün kifayət edib.

Ronaldu futbol tarixinin ən yaxşı bombardirləri siyahısında yalnız Peledən geri qalır. Futbol kralı 767 dəfə fərqlənib.

1. Pele – 767
2. Kriştianu Ronaldu – 735
3. Romario – 734
4. Herd Müller – 720
5. Lionel Messi – 716
6. Ferens Puşkaş – 706
7. Yozef Biscan – 636
8. Eysebio – 615
9. Ferens Daek – 558
10. Artur Fridenrayx – 554
11. Zlatan İbrahimoviç – 542
12. Ziko – 525
13. Alfredo Di Stefano – 516