Kristof Hoysgen: İndi Ukraynanın NATO-ya üzvlüyünü istisna etmək olmazbackend

Kristof Hoysgen: İndi Ukraynanın NATO-ya üzvlüyünü istisna etmək olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysgen hesab edir ki, müharibə Ukraynanın NATO-ya üzvlük şərtlərini dəyişib və indi bunu istisna etmək olmaz.

Editor.az bildirir ki, Hoysgenin mövqeyini RND şərh edib. Belə ki, Ukraynanın mümkün NATO üzvlüyündən danışan Hoysgen qeyd edib ki, keçmiş kansler Angela Merkel 2008-ci il sammitində Ukraynanın Alyansa daxil olmasına veto qoyub. Lakin uzun illər Merkelin xarici siyasət müşaviri vəzifəsində çalışmış Hoysgenin sözlərinə görə, hazırda Putinin beynəlxalq hüququ pozması səbəbindən vəziyyət dəyişib. “Biz Ukraynaya hansı zəmanətləri verə biləcəyimizi düşünməliyik… Amma hesab edirəm ki, artıq Ukraynanın NATO-ya üzvlüyünü istisna etməməliyik”, – o, deyib.

Qeyd edək ki, daha əvvəl Almaniyanın müdafiə naziri Kristin Lambrext Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynanın NATO-ya sürətlə daxil olması üçün ərizə verməsi ilə bağlı bəyanatına ehtiyatla yanaşmışdı.

//Samir Qurbanov, Editor.az