Krivoy Roq raket hücumuna məruz qaldı, dağıntılar varbackend

Krivoy Roq raket hücumuna məruz qaldı, dağıntılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus işğalçıları Krivoy Roqa raket hücumu həyata keçirdilər. Nəticədə 20 fərdi evə ziyan dəydi.

Editor.az bildirir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak Telegram-da məlumat verib.

İlkin məlumata görə, 1 nəfər xəsarət alıb. 20 fərdi ev və elektrik xətti zədələnib”, – VHA rəhbəri bildirib. Bundan başqa, Rusiya ordusu gecə saatlarında pilotsuz təyyarə ilə Sinelnikovski rayonuna hücum edərək, yanğın baş verən özəl müəssisəni vurub.

Xilasedicilər qısa müddətdə yanğını söndürüblər. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Ərazidə növbəti raket atışları səhər saatlarında baş verib. Elektrik xətləri və digər mülki infrastruktur zədələnib. Məlumatlar dəqiqləşdirilir.

//Samir Qurbanov, Editor.az