Ukraynanın Krivoy Roq şəhərində Novruz bayramı qeyd olunub.
Bu barədə Editor.az-a açıqlamasında şəhərdəki Azərbaycan diasporunun fəalı Səbinə İsmayılova məlumat verib. Onun sözlərinə görə, bayram tədbiri Krivoy Roq şəhərinin Mədəniyyət İdarəsi və Azərbaycan diasporu tərəfindən təşkil olunub.
Mərasimdə Krivoy Roq şəhər meriyasının rəhbərliyi, Azərbaycan diasporunun liderləri, media və digər qonaqlar iştirak edib.
Şənlikdə Novruz bayramına həsr olunmuş dekorativ-tətbiqi sənət və əl işlərindən ibarət sərgi təşkil olunub, milli folklor nümunələri, Novruz xonçaları, səmənilər, müxtəlif şirniyyat nümunələri nümayiş etdirilib.
Bayram şənliyində incəsənət ustalarının ifasında səsləndirilən musiqilər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
//Editor.az