Günorta saatlarında rus işğalçıları Krivoy Roqa raket hücumu edib. Ölən və yaralananların sayı durmadan artır.
Editor.az bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski ilk olaraq Telegram-da 6 ölü və 11 yaralı haqqında məlumat verib: “Rusiyanın Krivoy Roqa raket hücumu nəticəsində 11 nəfər yaralanıb, 6 nəfər həlak olub”, – deyə Zelenski qeyd edib. Saat 18.10-a olan məlumata görə, Daxili İşlər Nazirliyi ölən və yaralananların sayının artdığını bildirib: “Ölənlərin sayı 8 nəfərə çatıb, yaralananlar arasında iki uşaq da var”, – deyə məlumatda bildirilir.
//Samir Qurbanov, Editor.az

