Krivoy Roqdakı otelə gecə raket hücumu nəticəsində iki nəfər həlak olub, 5 nəfər xəsarət.
Bu barədə Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının sədri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, 43 yaşlı qadının vəziyyəti ağırdır, ərinin vəziyyəti isə orta ağırdır. Lısak əlavə edib ki, daha iki nəfərin taleyi hələlik məlum deyil. “Yəqin ki, onlar dağıntılar altındadır” – deyə o yazıb.
Bundan başqa, zərbə nəticəsində altı mağaza, dörd hündürmərtəbəli bina və 8 avtomobilə ziyan dəyib. Bütün xidmətlər faciə yerində işləməyə davam edir, – Lısak əlavə edib. Indiyədək Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri ilə birgə hadisə yerində 11 böyük və 2 uşağa köməklik göstərilib.
//Samir Qurbanov, Editor.az