“Krokus” araşdırmasında yeni detal: Bütün faktlar Kiyevə işarə edirbackend

“Krokus” araşdırmasında yeni detal: Bütün faktlar Kiyevə işarə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada Krokus Siti Hollda konsert zalında silahlı şəxslər tərəfindən törədilən terror aktının istintaqında bu hücumun təhrikçiləri ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Editor.az xəbər verir ki,  İstintaqla bağlı açıqlama verən Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, 144 nəfərin həyatını itirdiyi “Krokus” hücumunu həyata keçirən terrorçuların hərəkətlərini koordinasiya edən “Sayfullo” adlı şəxs hadisədə iştirak edən silahlılara məlumat verib. Hər birinə 1 milyon rubl (345 min TL) söz verib. “Krokus Siti Holl”da baş verən terror aktının təhrikçilərinin üzə çıxarılması istiqamətində işini davam etdirən FSB hücumçuların ifadələrinin yer aldığı videonu paylaşıb və videonu Rusiyanın dövlət kanalı “Perviy” yayıb.

Araşdırmalar zamanı hücum edənlərdən biri deyib :“Sayfullo bizə Ukraynaya, Kiyevə getməyimizi söylədi. Orada bizə 1 milyon rubl verəcəkdilər”.

“Krokus” hücumunu təşkil etməkdə ittiham olunan başqa bir şübhəli isə deyib ki, onlara Ukrayna sərhədini keçməkdə köməklik vəd edilib: “Kiyevə doğru getdik. Pulumuzu oradan alacaqdıq. Bizə dedilər ki, hər birimizə 1 milyon rubl veriləcək. Sayfullo bizə dedi ki, mənə zəng edin, bundan sonra nə edəcəyinizi söyləyim. O əlavə edib ki, dostlar bizi Ukrayna sərhəddində gözləyəcəkdilər ki, sərhədi keçib Kiyevə çataq”.

//Gülnarə Abasova, Editor.az