Krokusda terror aktından sonra: Rusiya və ABŞ ikitərəfli münasibətləri müzakirə edəcəklərbackend

Krokusda terror aktından sonra: Rusiya və ABŞ ikitərəfli münasibətləri müzakirə edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt Moskva yaxınlığındakı Crocus City Hallda bütün dünyanı dərindən sarsıdan terror aktından sonra Rusiyanın Vaşinqtondakı səfirliyi və ABŞ administrasiyası ikitərəfli münasibətlərdəki problemlərə dair məsləhətləşmələr aparmağa razılaşıb.

Editor.az xəbər verir ki, Rusiya səfiri Antonov bildirib ki, gələn həftə keçiriləcək görüşün əsas gündəmi Rusiya-ABŞ münasibətlərinin tamamilə pozulmaması şansının olub-olmaması məsələsi olacaq. Görüşün keçirilməsi ilə bağlı razılığın Ağ Ev, ABŞ Dövlət Departamenti və NATO ölkələrinin nümayəndələrinin Krokus hücumu qurbanlarının xatirəsini yad etmək üçün Rusiya səfirliyinə səfəri zamanı əldə edildiyini izah edən Antonov səfərin qısamüddətli olduğunu bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskovun Qərb ölkələri ilə terrorla mübarizədə dialoqun olmaması ilə bağlı sözlərini təsdiqləyən Antonov əlavə edib: “Vaşinqtonla belə bir əməkdaşlıq yoxdur. Onların arxasınca qaçmağı planlaşdırmırıq, özümüz çalışacağıq”.

//Gülnarə Abasova, Editor.az