“Kronstadt”ın əli-qolu bağlandıbackend

“Kronstadt”ın əli-qolu bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Hava Hücumundan Müdafiə Sistemi Rusiya qırıcılarının uçuşlarını tamamilə məhdudlaşdırdığına görə, onlar dronlardan daha çox istifadə etməyə məcbur qalıb.

Bu barədə Editor.az Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatına istinadən xəbər verir.

Ona görə də Böyük Britaniya Rusiyanın əsas – “Orion” və digər pilotsuz uçuş aparatlarının əsas istehsalçısı olan “Kronstadt” müdafiə şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

“Kronstadt”dan başqa, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqəli daha 64 hüquqi və fiziki şəxs sanksiyalara məruz qalıb.

Xatırladaq ki, müharibənin davam etdiyi bir ay ərzində Ukrayna hərbçiləri düşmənin 53 pilotsuz uçuş aparatını, 115 təyyarə və helikopterini məhv edib. Son sutkada – artın 25-də Donbass üzərində Ukrayna hərbçiləri işğalçıların üç təyyarəsini və üç pilotsuz təyyarəsini vurub.

Editor.az