Kseniya Şoyqu “Turan salamı” ilə gündəmə gəldi – Rusiya millətçilərinin narazılığı – FOTObackend

Kseniya Şoyqu “Turan salamı” ilə gündəmə gəldi – Rusiya millətçilərinin narazılığı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqunun 2021-ci ildəki paylaşımı Rusiya millətçi dairələrində yenidən qəzəb doğurub.

Fotoda da göründüyü kimi, Kseniya Şoyqu “Turan salamı” kimi tanınan, “Bozqurd” əl işarəsini göstərib.

Bu paylaşım Rusiya millətçi platformalarında tənqidlərə səbəb olub və Şoyqu ailəsinin türk etnik mənşəyi yenidən gündəmə gətirilib.

Məlumata görə, foto yeni olmasa da, yenidən sosial mediada yayılaraq mübahisələrə səbəb olub. Ermənilər yazır ki, bunun yenidən sosial mediada trend olmasının arxasında “Azərbaycan lobbisi” dayanıb.

Kseniya Şoyqunun belə bir jesti ilə diqqət çəkməsi, Rusiya daxilində mövcud etnik və siyasi müzakirələri bir daha alovlandırıb. Şoyqu ailəsinin türk mənşəli olması faktı bəzi millətçi qrupların narazılığını artıraraq kəskin reaksiyalara yol açıb.

Musavat.com xatırladır ki, Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun etnik mənşəyi doğrudan da Tuva türklərinə dayanır. Tuva türkləri, Sibirin cənubunda, Rusiya və Monqolustan sərhədində yerləşən qədim türkdilli xalqlardan biridir.

Sergey Şoyqunun atası Kujugu Şoyqu Tuvada anadan olub və Tuva türkü etnik kimliyinə malikdir. Tuva türkləri əsrlər boyu öz mədəniyyət və adət-ənənələrini qoruyaraq yaşamış xalqlardandır. Sergey Şoyqunun özü də dəfələrlə çıxışlarında Tuva köklərindən qürurla bəhs edib.

Tuva türkləri haqqında qısa məlumat:

• Dil: Tuva dili türk dillərinin Sibir qrupu ailəsinə daxildir.
• Din: Ənənəvi olaraq Şamanizm və Buddizm geniş yayılıb.
• Tarix: Tuva türkləri tarixən müxtəlif imperiyaların tərkibində olub və XX əsrdə Tuva Respublikası Rusiya tərkibinə qatılıb.

Musavat.com