KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Ermənistan assosiasiya ilə münasibətlərinin perspektivlərini aydınlaşdırmalıdır.
O vurğulayıb ki, perspektivlərin aydınlaşdırılması gələcək birgə fəaliyyətlərin tam planlaşdırılması üçün təşkilata üzv olan bütün ölkələr üçün faydalı olacaqdır.
Tasmaqambetov qeyd edib ki, İrəvanın KTMT işlərində iştirakının azalmasına baxmayaraq, əsas qarşılıqlı fəaliyyət mexanizmləri işləyir. Baş katib əlavə edib ki, Ermənistan təşkilatda tam hüquqlu üzvlüyünü saxlayır və İrəvan qarşısında bütün öhdəlikləri tam olaraq qalır.
//Samir Qurbanov, Editor.az

