“KTMT-da əsas sözü Rusiya deyir. KTMT-nin baş katibi Stanislav Zasın İrəvana səfəri də Moskva ilə razılaşdırılıb. Səfər çərçivəsində KTMT və Ermənistan arasında bir sıra vacib məsələlər müzakirə ediləcək. Çünki Ermənistan uzun müddətdir ki, təşkilatın fəaliyyətindən narazılığını bildirir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O, bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı postmüharibə dövründə də Azərbaycan- Ermənistan sərhədində baş verən məsələlərdə maraqlı olmadığını Ermənistana açıq şəkildə göstərdi:
“Müharibə müddətində və müharibədən sonra da KTMT-nin baş katibi Zas və müavinləri tərəfindən İrəvanın istəkləri hər zaman qulaq ardına vurulub. Bu hərbi-siyasi təşkilatın atdığı hər addımın arxasında Rusiya ambisiyası dayanır. Lakin maraqlısı odur ki, bu təşkilatın mövcudluğu kimə qarşı və niyə davam edir? Ermənistanın tükənən ordusuna heć KTMT da kömək edə bilməz. Baş katibin İrəvana səfəri də sadəcə Ermənistana ürək-dirək vermək məqsədilə təşkil edilib”.
//Gülnarə Abasova, Editor.az

