KTMT Ermənistana hansı dəstəyi verəcək? “Regionda yeni hərbi əməliyyatın başlaması…”-ŞƏRHbackend

KTMT Ermənistana hansı dəstəyi verəcək? “Regionda yeni hərbi əməliyyatın başlaması…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan uzun illərdir ki, KTMT-nin üzvüdür. Həmin müddət ərzində maksimum dərəcədə bu təşkilatın imkanlarından yararlanıb. Aşağı qiymətə silah-sursat və texnikaların alınmasını həyata keçirib. Ordunun əsası olan zabit heyətinin tədrisi və digər məsələlərdə KTMT-nin əsas qüvvəsi olan Rusiyanın imkanlarından istifadə edib”.

Bu fikirləri Editor.az-a açıqlamada hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, bu gün  vəziyyət dəyişib: “ İrəvanda keçirilən KTMT iclasında Nikol Paşinyan yad bir şəxs kimi görünürdü. Bu təşkilata üzv ölkələr üçün artıq məlumdur ki, Ermənistan faktiki olaraq KTMT-nin üzvü kimi öz fəaliyyətini həyata keçirmir. Hüquqi baxımdan Ermənistan  təşkilatın üzvüdür. Faktiki baxımdan fəaliyyəti gözə görünmür. Bu da onunla bağlıdır ki, Ermənistanın bugün qarşısına qoyduğu məqsəd Qərbə inteqrasiyadır. Digər tərəfdən də rəsmi İrəvan bu qurumdan istifadə etməyə cəhd etdi. KTMT üzvləri Ermənistanın riyakarlığına bələddir. Bu ölkələrin hər biri Azərbaycanla münasibətdə   dost, tərəfdaş mövqeyindədir”.

KTMT-nin Ermənistana dəstək verməsi məsələsinə toxunan ekspertin fikrincə, bu yardımlar hərbi təyinatlı vasitələrin satın alınması ola bilər: “ Bu, Ermənistana hərbi dəstəyin verilməsi demək deyil. Tərəfdaş ölkələr Azərbaycanı dost kimi qəbul edir. Azərbaycanın KTMT üzvləri ilə müsbət əlaqələri həm siyasi-iqtisadi,həm də starteji müstəvidədir.
Regionda hərbi vəziyyəti dəyişəcək və Azərbaycan əleyhinə addım atılması inandırıcı deyil. KTMT ölkələrinin Ermənistana yardımı gözləniləndir. Bu isə sadəcə texnikadan ibarət olacaq. Xatırlatmaq istərdim ki, 2020-ci ilə qədər Ermənistanın əldə etmədiyi silah-sursatlar qalmamışdı. Amma nəticədə Azərbaycan qalib gəldi. Silahın çoxluğu Ermənistanın hərbi üstünlük əldə edəcəyi anlamına gəlmir”.

//Safura Bənnayeva, Editor.az