Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı tərk etmək fikrində deyil.
Editor.az bildirir ki, bunu KTMT-nin Baş Qərargahının rəhbəri deyib. “Sputnik Ermənistan” yazır ki, Anatoli Sidorovun sözlərinə görə, Ermənistan hakimiyyəti də öz növbəsində təşkilatdan çıxmaqla bağlı heç bir rəsmi bildiriş göndərməyib. KTMT-nin son vaxtlar təşkil etdiyi, demək olar ki, bütün tədbirlərlə bağlı Ermənistanın faktiki demarşlarını şərh edən Sidorov belə qərarların müzakirəsinin onun səlahiyyətindən kənar olduğunu qeyd edib.
Onun sözlərin görə Ermənistan qanunvericilik fəaliyyətində, Təşkilatın sənədlərinə baxılmasında, daimi fəaliyyət göstərən orqanların fəaliyyətinin maliyyələşdirilməsində iştirak edir, proses davam edir. O, əmin edib ki, təşkilat Qafqaz regionuna marağını itirməyib və Ermənistanı tərk etməkdən də söhbət gedə bilməz.
//Samir Qurbanov, Editor.az

