KTMT katibliyinə Ermənistandan quruma üzvlüyün dayandırılması ilə bağlı heç bir müraciət daxil olmayıbbackend

KTMT katibliyinə Ermənistandan quruma üzvlüyün dayandırılması ilə bağlı heç bir müraciət daxil olmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyinə Ermənistan hakimiyyətindən quruma üzvlüyün dayandırılması ilə bağlı heç bir müraciət daxil olmayıb.

Editor.az xəbər verir ki, bu barədə KTMT katibliyindən məlumat verilib. Təşkilat hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-də iştirakını “dondurmaq” tezisində təşkilatın tədbirlərində iştirak etməmək nəzərdə tutulur. “Bu günə qədər KTMT katibliyi İrəvandan KTMT-yə üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama almayıb.

İştirakın dondurulması tezisinə gəlincə, görünür, söhbət Ermənistan Respublikasının son vaxtlar təşkilat tərəfindən həyata keçirilən bir sıra tədbirlərdə iştirak etməməsindən gedir”, – KTMT katibliyindən bildiriblər. xatırladaq ki, ötən gecə Ermənistanın baş naziri Nikol Paşinyan “France24” telekanalına müsahibəsində bildirib ki, Ermənistanla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi yerinə yetirilməyib və buna görə də İrəvan KTMT-də iştirakını “dondurub”. Eyni zamanda o, Ermənistandakı Rusiya hərbi bazasının saxlanılması məsələsinin gündəmdə olmadığına da aydınlıq gətirib.

//Samir Qurbanov, Editor.az