KTMT kömək üçün Ermənistandan rəsmi müraciət almayıbbackend

KTMT kömək üçün Ermənistandan rəsmi müraciət almayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyi Azərbaycanla sərhəddə vəziyyətin kəskinləşməsilə bağlı yardım üçün Ermənistandan rəsmi müraciət almayıb.

Bunu təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bəyan edib.

O bildirib ki, KTMT vəziyyəti diqqətlə izləyir və hesab edir ki, münaqişə yalnız dinc siyasi-diplomatik yollarla həll olunmalıdır.

Mənbə: “Ria Novosti”