KTMT Nikol Paşinyan üçün bitibbackend

KTMT Nikol Paşinyan üçün bitib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək.

Editor.az xəbər verir ki, məlumatı Ermənistan hökumətinin sədrinin mətbuat katibi Nazeli Baqdasaryan təsdiqləyib. “Ermənistan Respublikasının KTMT-nin fəaliyyətində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib”, – deyə o, “24News”a bildirib. Bir gün əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, “Ermənistan nümayəndələri sammitdə müvafiq razılaşdırılmış sənədlərin qəbuluna qarşı olmadığını əvvəlcədən bildiriblər”.

Xatırladaq ki, fevral ayında Nikol Paşinyan ölkənin KTMT üzvlüyünün dondurulduğunu elan edib. O, KTMT üzvləri öz öhdəliklərini yerinə yetirməsələr və onların məsuliyyət zonasını tanımasalar (Qarabağdakı hadisələri nəzərdə tutur) Ermənistana assosiasiyadan çıxmacaqlar. Daha sonra o, hətta KTMT-ni milli təhlükəsizliyə təhdid adlandırıb və yaxınlaşan “geri dönüş nöqtəsi” olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az