KTMT-nin baş katibi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən DANIŞDI: “Rus sülhməramlıları…“backend

KTMT-nin baş katibi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən DANIŞDI: “Rus sülhməramlıları…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədin yaradılması ilə əlaqədar vəziyyətin kəskinləşməsi “sərhəd hadisəsidir” və KTMT nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəalarına uyğun gəlmir.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə təşkilatın baş katibi Stanislav Zas jurnalistlərə açıqlama verib.

O deyib: “Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız təcavüz, hücum halında istifadə olunur. Burada əslində, sərhəd hadisəsi ilə qarşılaşırıq. Şükür ki, itki və atışma yoxdur. Bu, sərhəd hadisəsidir, həll olunmalıdır və bunun sülh yolu ilə həll olunmasının tərəfdarıyıq”.

Stanislav Zasın sözlərinə görə, münaqişənin böyüməsi müşahidə edilmir. “Prinsipcə, indi orada vəziyyətin böyüdüyünü söyləmək düzgün deyil. Bu artıq yaxşı nəticədir. Qarşıda konkret olaraq sərhəd məsələsi, bütün bu mübahisəli məsələlərin həlli ilə bağlı çox iş var, lakin bunlar danışıqlar masasında həll edilməlidir”.

KTMT baş katibi onu da bildirib ki, Ermənistanın may ayındakı müraciətindən sonra təşkilat ölkənin sərhəd bölgələrindəki vəziyyətlə bağlı məsləhətləşmələr aparıb. “Bu cür məsləhətləşmələr müdafiə nazirləri, təhlükəsizlik şuralarının katibləri səviyyəsində həyata keçirilib və mən həm Ermənistan xarici işlər naziri, həm də müdafiə naziri ilə əlaqə saxladım. Bu vəziyyəti müzakirə etdik. Əlavə olaraq, Düşənbədə keçirilən KTMT Xarici İşlər Nazirləri Şurasının toplantısı zamanı vəziyyətlə haqqında ümumi bir müzakirə aparmışıq”.

Stanislav Zas KTMT-nin Ermənistanın cənubundakı vəziyyəti daim izlədiyini əmin edib. “Monitorinq qrupu yaratmaq qərarı alınmayıb, amma vəziyyət izlənilir”. O əlavə edib ki, təşkilat bir çox mənbədən, o cümlədən erməni tərəfi və rus sülhməramlılarından lazımi məlumatları alır.