Bu gün Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin (KTMT) “Qarşılıqlı fəaliyyət-2024” hərbi təlimləri başlayıb.
Təlimlər sentyabrın 3-dən sentyabrın 15-dək KTMT qoşunlarının (kollektiv qüvvələrinin) maddi-texniki təminatının “Eşelon – 2024” qüvvə və vasitələri ilə həyata keçirilir.
Çərşənbə axşamı açılacaq KTMT təlimlərinə 5 mindən çox insan və 900 vahid silah və texnika cəlb olunacaq. Manevrlərə KTMT-yə üzv 5 ölkənin hərbi qulluqçuları və xilasediciləri cəlb olunub. Ermənistan təlimlərdə iştirak etmir. Ölkə rəhbərliyi ölkənin bu qurumda iştirakını tamamilə “dondurduğunu” elan edib.
//Samir Qurbanov, Editor.az