ABŞ Prezidenti Donald Trampın Kubanı ələ keçirməklə bağlı təhdidləri fonunda Prezident Migel Dias-Kanel ölkənin istənilən xarici təcavüzkarla qarşılaşmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, 16 martda ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval Ofisində icra sərəncamlarını imzalayarkən “Kubanı ələ keçirmək şərəfinə” nail olacağını bəyan etmişdi. “Bilirsiniz, mən bütün həyatım boyu ABŞ və Kuba haqqında eşitmişəm.
ABŞ bunu nə vaxt edəcək? Həqiqətən inanıram ki, Kubanı ələ keçirmək şərəfinə nail olacağam. Bu, yaxşı bir şey olacaq. Ələ keçirmək dedikdə, azad etməyi nəzərdə tuturam. Düşünürəm ki, onunla istədiyimi edə bilərəm”, – deyə Tramp bildirib və Kubanın hazırda “çox zəifləmiş bir ölkə” olduğunu əlavə edib.
Dias-Kanel bildirib ki, ABŞ demək olar ki, hər gün Kubanın konstitusiya quruluşunu zorla devirməklə açıq şəkildə hədələyir. O, iddia edib ki, ölkənin iqtisadi zəifliyi, “təcavüzkar hücumlar”ın və ABŞ-ın altı onillikdən çoxdur ki, təcrid cəhdlərinin nəticəsi, bunun üçün bəhanədir. Kuba prezidenti yazıb: “Onlar ölkəni, onun resurslarını, əmlakını və hətta bizi təslim olmağa məcbur etmək və iqtisadiyyatını ələ keçirmək niyyətlərini planlaşdırır və bəyan edirlər. Bütün xalqa qarşı kollektiv cəza kimi istifadə edilən qəddar iqtisadi müharibəni yalnız bu şəkildə izah etmək olar”.
Diaz-Kanel vurğulayıb ki, “istənilən xarici təcavüzkar” Kubanın “sarsılmaz müqaviməti” ilə qarşılaşacaq.
//Samir Qurbanov, Editor.az

