Ötən gün Kubanın paytaxtı Havanada “Saratoqa” otelində baş verən partlayış nəticəsində həyatını ölənlərin sayı 43-ə yüksəlib.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kuba Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, həyatını itirənlərin otelin işçiləri olub-olmadığı hələ müəyyən edilməyib.
“Saratoqa” Otelinin sözçüsü Roberto Enrikes bildirib ki, partlayış nəticəsində otelin 80 faizi dağılıb. Onun sözlərinə görə, otkin düşən 3 otel işçisinin dağıntılar altında qaldığı təxmin edilir.
Partlayışdan sonra Kuba hökumətinin verdiyi rəsmi açıqlamada bildirilib ki, ilkin araşdırmalara görə partlayış qaz sızmasından baş verib.
//Gülnarə Abasova, Editor.az

