Kubada etiraz aksiyalarında iştirak edənlərə 25 ilə qədər həbs cəzası verilibbackend

Kubada etiraz aksiyalarında iştirak edənlərə 25 ilə qədər həbs cəzası verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubanın paytaxtı Havanada keçən ilin iyulunda minlərlə kubalı etiraz aksiyası keçirrmişdi. Bildirilmişdi ki, aksiya iştirakçıları “COVİD-19” səbəbilə ölkədə pisləşən iqtisadi şəraitə etiraz edib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə bağlı ölkənin Baş Prokurorluğundan açıqlama gəlib. Açıqlamada qeyd olunub ki, aksiyada iştirak edən 381 nəfərdən 297-si 5 ildən 25 ilə qədər həbs cəzasına məhkum edilib. Mühakimə olunanlar təxribat törətmək, ictimai iğtişaş yaratmaqda təqsirləndirilib.

“15 nəfəri azyaşlı olmaqla, 84 nəfər həbs edilməyib. 11 iyul hadisələrində sosialist dövlətimizin konstitusiya quruluşuna və sabitliyinə zərbə vurmaq istəyənlər hüquqi cəhətdən” cəzalandırılıb”,- deyə ölkənin Baş Prokurorluğu tərəfindən verilən açıqlamada qeyd olunub.

Qeyd edək ki, Kuba hökuməti nümayişləri maliyyələşdirməkdə ABŞ-ı ittiham edib.

//Nəzərbəy Hacıağayev, Editor.az