Kubada neft anbarına ildırım düşüb: 121 nəfər xəsarət alıb, 17 yanğınsöndürən itkin düşübbackend

Kubada neft anbarına ildırım düşüb: 121 nəfər xəsarət alıb, 17 yanğınsöndürən itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubanın Matansaz şəhərində neft anbarına ildırım düşüb. Editor.az Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı 121 nəfər xəsarət alıb. 17 yanğınsöndürənin taleyindən isə xəbər yoxdur. 800 nəfər insan şəhərin ətrafından təxliyyə edilib. İtkin yanğınsöndürənlərin alovların arasında qaldığı ehtimal olunur.

Artıq Kuba dövləti öz imkanları vasitəsi ilə yanğını söndürə bilmədiyi üçün dost ölkələrdən kömək istəyir. Meksika Kubaya 60 əsgər və 18 mütəxəssis göndərib. ABŞ da Kubaya öz yardımını təklif edib. Ancaq Kuba tərəfindən rəsmi Vaşinqtonun təklifinə hələ ki bir cavab gəlməyib.

//Nəzərbəy Hacıağayev, Editor.az