Küçədə 3 nəfəri güllələyən Lənkəranski kimdir?backend

Küçədə 3 nəfəri güllələyən Lənkəranski kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub.

İddialara görə, cinayəti törədən kriminal aləmdə Nicat Lənkəranski adı ilə tanınan şəxsdir.

Yenisabah.az Nicat Lənkəranskinin bioqrafiyasını təqdim edir:

Rövşən Lənkəraniskidən sonra cənub zonasında çox sürətlə məşhurlaşan Nicat Lənkəran şəhərində anadan olub. Onun doğum tarixi barəsində dəqiq məlumat olmasa da, dövri mətbuatda haqqında gedən məlumatlardan bəlli olur ki, Nicat Lənkəranski Rövşən Caniyevin adamlarından biri olub.

Rövşən Lənkəranksinin vəfatından sonra Lotu Qulinin tərəfinə keçdiyi iddia edilən Nicat Lənkəranski bölgədə “Talış Nicat” və “Boksyor Nicat” kimi ad qazanıb. Onun boks üzrə ölkə çempionu olduğu da bildirilir.

Qeyd olunur ki, mərhum Rövşən Lənkəraniskinin ən sadiq adamlarından olan və sağlığında daha çox güvəndiyi Nicat Lənkəraniskiyə hazırda “oğru dünyasında” böyük rəğbət bəslənilir.

Xatırladaq ki, Nicat Lənkəranskinin mətbuata və ictimaiyyətə bəlli olan sonuncu “işlərindən” biri “Pervıy Ruslan” kimi tanınan Ruslan Əhmədlini İstanbulda üz-üzə gələrkən güllələməsi ilə yadda qalıb. “Pervıy Ruslan” ayağından 2, qolundan 1 güllə yarası almışdı.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!