Küçədə çılpaq gəzən qadın xəstəxanaya yerləşdirildibackend

Küçədə çılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Göyçay şəhərində qadının ictimai yerlərdə çılpaq vəziyyətdə gəzməsinə dair görüntülər yayılıb.

Havanın soyuq olmasına baxmayaraq, küçədə geyimsiz hərəkət edən şəxs insanlarda narahatlıq yaradıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib: “Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib”.

Qeyd edək ki, saxlanılan şəxs artıq ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.