İstanbulda xarici vətəndaş küçədə öz həyat yoldaşı ilə naməlum səbəbdən mübahisə edib. Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, mübahisədən qaçmaq istəyən qadına əri yumruqla cavab verib. Qadın aldığı yumruq zərbəsindən yerə yıxılıb. Kişi isə heç nə olmamış kimi sakit bir tərzdə yoluna davam edib.
Ətrafdakı insanlar qadının köməyinə gələrək polisə xəbər veriblər. Hadisə yerinə gələn polis təcavüzkar əri saxlayıb. Qadın təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.
//Editor.az

