Kulebadan KRİTİK AÇIQLAMA: “Donbas uğrunda döyüş İkinci Dünya Müharibəsini xatırladacaq”backend

Kulebadan KRİTİK AÇIQLAMA: “Donbas uğrunda döyüş İkinci Dünya Müharibəsini xatırladacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Donbas uğrunda döyüş lokal əməliyyat olmayacaq və minlərlə tank, zirehli texnika, təyyarə və artilleriyanın iştirakı ilə İkinci Dünya Müharibəsini xatırladacaq”.

Bunu NATO-nun mənzil-qərargahında keçirilən görüşlərin yekunlarına dair mətbuat konfransında  Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Donbas uğrunda döyüş sizə İkinci Dünya Müharibəsini xatırladacaq. Bunu dediyim üçün üzr istəyirəm, amma bu, doğrudur. Burada genişmiqyaslı əməliyyatlar, manevrlərlər olacaq. Minlərlə tank, zirehli texnika, aviasiya, artilleriya cəlb ediləcək. Bu, Rusiyanın buna hazırlıqlarında gördüyümüzə əsaslanaraq, lokal əməliyyat olmayacaq. Rusiyanın öz planı var, bizim öz planımız var. Bu döyüşün nəticəsi döyüş meydanında həll olunacaq”, – nazir bildirib.

Kuleba bildirib ki, Kiyev Ukraynanın Şimal və Cənub-Qərbindən rus bölmələrinin yerdəyişməsini müşahidə edir.

Nazirin sözlərinə görə, partnyorların hələ də bütün prosedurlardan keçməli olduqlarını, qərar qəbul etməzdən əvvəl həll edilməli olan çoxlu məsələlərin olduğunu düşündüklərini söyləməmələri vacibdir.

“Ya indi bizə kömək edəcəksən, ya da köməyin gec gələcək, çoxlu insan öləcək, çoxlu mülki vətəndaş evlərini itirəcək, çoxlu kəndlər məhz bu yardım çox gec gəldiyi üçün dağıdılacaq. Mən həftələrdən yox, günlərdən danışıram”, – deyə XİN rəhbəri vurğulayıb.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak isə bəyan edib ki, Donbas uğrunda döyüş Rusiya-Ukrayna müharibəsində əsas olacaq və bu, hadisələrin gələcək inkişafını müəyyən edəcək.

Publika.az