Külək Goranboyda fəsadlar TÖRƏTDİbackend

Külək Goranboyda fəsadlar TÖRƏTDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda küləkli hava şəraiti səbəbi ilə Goran-Naftalan avtomobil yoluna iri gövdəli ağac aşıb, bir neçə kəndin elektrik enerjisində isə fasilələr yaranıb.

APA-nın məlumatına görə, ağacın iri budaqları avtomobil yoluna düşdüyündən nəqliyyatın hərəkəti də çətinləşib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqaladə Hallar Komissiyasının sədri Seymur Nazarov bildirib ki, hazırda Goran-Qızılhacılı-Tapqaraqoyunlu və Suqovuşan avtomobil yolunda hərəkət tam bərpa ediilib.

Həmçinin kəndlərdə elektrik enerjisinin verilişi bərpa edilib.