Kürd peşmərgələr onlarla vahid texnika alıblar – ABŞ və müttəfiqlərindənbackend

Kürd peşmərgələr onlarla vahid texnika alıblar – ABŞ və müttəfiqlərindən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürd peşmərgə dəstələri Amerika Birləşmiş Ştatlarından və antiterror koalisiyası müttəfiqlərindən 78 vahid zirehli maşın və ümumi təyinatlı avtonəqliyyat alıb.

Bu barədə iyulun 26-da kürd «Rudaw» agentliyi xəbər verib.

Peşmərgə 50 ədəd «Humvees» Amerika yolsuzluq maşını, 3 avtoçən və 25 ümumi təyinatlı yük maşını alıb. Bu, İraq kürdlərinə hərbi kömək göstərilməsinin bir neçə mərhələsindən biridir. Hərbi tədarüklərin peşmərgəyə «İslam dövləti» ilə qarşıdurmada kömək məqsədi daşıdğı bildirilir.

Xatırladılır ki, İraqda şiə-ərəblərə, sünnü ərəblərə, kürdlərə və türkmənlərə etnokonfessional parçalanma qalmaqdadır. İraq mərkəzi hakimiyyətinin əhəmiyyətli dərəcədə apardığı siyasətin nəticəsində vəhhabi baxışlara xidmət edən sünnü ərəblər ekstremistlər üçün qidaverici mühit rolunu oynayır. İraq kürdlərinin peşmərgə dəstələri «İslam dövləti» ilə mübarizədə ABŞ-a yaxından kömək edirlər. Məhz ABŞ və onun koalisiya üzrə müttəfiqlərinə köməklik göstərdiklərinə görə bu bölgədəki terrorçular imperialist dairələrin məntiqinə görə, necə deyərlər «yaxşı» və «pis» terrorçulara bölünürlər.

Loading...