“Kürd qrupların aktivləşməsi regionun gələcəyi üçün yaxşı heç nə vəd etmir”- ŞƏRHbackend

“Kürd qrupların aktivləşməsi regionun gələcəyi üçün yaxşı heç nə vəd etmir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın Şərq regionunun proksi qrupu olan kürd silahlı qüvvələrinin region dövlətlərinin zəif durumunda aktivləşməsi adi hal alıb. Amma görünən odur ki, kürd qrupların bu taktikası özünü doğruldur. Suriyada olduğu kimi bir dövlət qurmağa bəs edəcək ərazilərin ələ keçirilməsi onu göstərir ki, kürdlər İran ərazisində də bu taktikadan uğurla istifadə edə bilərlər”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.

Onun sözlərinə görə, Türkiyə istiqamətində bu taktikanın müvəfəqqiyyətsizliyə uğraması da son bir neçə ilin nəticəsi olub:

“Yoxsa on illər Türkiyə əraziləri də kürd silahlıların nəzarəti altında idi. İndi İranın məlum məğlubiyyəti fonunda, hansı ki, bütün ordu və SEPAH rəhbərliyinin İsrail tərəfindən öldürüldüyü bir durumda aktivləşməsi nəticə almaq üçün uyğun dövrdür. ABŞ və arxa planda İsrailin də dəstəyini arxasına alacaq PJAK İran rəhbərliyi üçün ciddi problemlər yarada bilər. Təbii ki, Cənubi Azərbaycan ərazilərinə olan iddialar məsələni daha mürəkkəb edir. Bu, qarşıdurma meyllərini daha da kəskinləşdirir ki, Türkiyə və Azərbaycanın da münaqişəyə müdaxilə imkanlarını şərtləndirir. İlk dövrlər siyasi olaraq, məsələ ciddi hal alarsa, bilavasitə hərbi olaraq. Hesab edirəm ki, kürd qrupların aktivləşməsi əslində regionun gələcəyi üçün yaxşı heç nə vəd etmir. Beynəlxalq imperializmin kənardan dayanaraq regionu oda atması bu şəkildə ola bilər. Amma Türkiyə və Azərbaycanın bu proseslərdən zərərsiz çıxmasının yollarını bilirlər. Məsələ o deyildir ki, hər iki ölkə bilavasitə təhlükəyə məruz qala bilər. Məsələ ondadır ki, İran ərazisində bu kimi qarşıdurma ordakı azərbaycanlıların mənafeyini təhlükəyə atarsa, Azərbaycan və Türkiyənin soydalarına hərtərəfli dəstək verməsi gündəmə gələ bilər”.

//Gülnarə Abasova, Editor.az