Kürdoğlu Əsgərov: “Altı il əvvəl də demişdim, atamı azad edə biləcək yeganə şəxs Ali baş Komandanımızdır”backend

Kürdoğlu Əsgərov: “Altı il əvvəl də demişdim, atamı azad edə biləcək yeganə şəxs Ali baş Komandanımızdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Altı il əvvəl də demişdim ki, atamı erməni girovluğundan azad edə biləcək yeganə şəxs Ali baş Komandanımız İlham Əliyevdir. Bu gün də bu, sübut olundu”.

Bu sözləri APA-ya Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O, prezidentə minnətdarlığını bildirib: “Bu günü ailəmizə yaşatdığı üçün Prezidentimiz çox sağ olsun. İndi ən böyük arzum, onunla görüşüb, atamı erməni girovluğundan azad etdiyi üçün əlini sıxıb, üz-üzə təşəkkür etməkdir. Yaşasın Ali Baş Komandanımız!”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov bu gün təyyarə ilə Bakıya gətirilib.

Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.