Kürəyinə saplanmış bıçaqla bacısı ilə görüntülü danışdı – FOTO/VİDEObackend

Kürəyinə saplanmış bıçaqla bacısı ilə görüntülü danışdı – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qəribə hadisə baş verib. Belə ki, gənc kürəyinə saplanmış bıçaqla yanında olan jurnalistin telefonunu alaraq Almaniyadakı bacısı ilə görüntülü danışıb.

“Haber Global”ın məlumatına görə, hadisə Antalyada qeydə alınıb.

Məlumata görə, Soner B. yolda gedərkən iki nəfər ona yaxınlaşaraq ötən həftə aldığı narkotik maddənin pulunu istəyib. Üstündə pul olmadığını deyəndən sonra şübhəlilər gəncin kürəyindən iki dəfə bıçaqlayaraq “Sən buna layiqsən”, – deyiblər və hadisə yerindən qaçıblar.

Soner B. kürəyində bıçaqla yaxınlıqdakı çörək bişirmə dükanına girərək kömək istəyib. Bundan sonra təcili yardım və hüquq mühafizəçilərinə xəbər verilib. Kömək gələnə qədər Soner B. hadisə yerindəki jurnalistdən telefonunu alaraq bacısına zəng edib və kürəyindən bıçaqlandığını bildirib.

Bir müddət sonra hadisə yerinə gələn tibb işçilərə zərərçəkənə ilkin yardım edərək xəstəxanaya aparıblar.

Polis baş verənlərlə bağlı istintaqa başlayıb.

 

Loading...