Avqustun 11-nə keçən gecə Rusiyanın Kursk şəhərində güclü partlayışlar baş verib.
Editor.az bildirir ki, bu barədə yerli teleqram kanalları yazır. Ən azı yeddi partlayışın olduğu bildirilir. Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bölgədə hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərdiyini bildirib.
O, daha sonra bəyan edib ki, Rusiya hava hücumundan müdafiə sistemi işlədikdən sonra vurulan Ukrayna raketinin qalıqları yaşayış binasına düşüb.
//Samir Qurbanov, Editor.az