Kursk vilayətinin təxminən 17 min sakini Ukrayna Silahlı Qüvvələrinin enerji obyektlərinə endirdiyi zərbələr nəticəsində elektrik enerjisiz qalıb.
Editor.az xəbər verir ki, bu barədə qubernator Aleksandr Xinşteyn məlumat verib. O bildirib ki, vəziyyət imkan verdikdən sonra təcili yardım qrupları bərpa işlərinə başlayacaq. Xinşteyn Rılsk, Qluşkovski və Korenevski rayonlarında elektrik kəsintiləri baş verib.
Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Rılskda elektrik yarımstansiyasına bir həftə ərzində ikinci dəfə zərbə endirib. Hücum nəticəsində Borovskoye məhəlləsində qazanxana və transformator müvəqqəti olaraq sıradan çıxıb. Bu, yaşayış binalarında istilik və elektrik enerjisinin kəsilməsinə səbəb olub. Aleksandr Xinşteyn təxminən 150 nəfərin yaşadığı yeddi çoxmərtəbəli binanın istiliksiz qaldığını bildirib. Daha 90 binada da elektrik enerjisi kəsilib.
//Samir Qurbanov, Editor.az

