Qluşkovo kəndinin boşaldılması qərarından iki saat sonra Kursk vilayətinin səlahiyyətliləri mərkəzi bu kənd olan bütün ərazini məcburi şəkildə boşaltmaq qərarına gəliblər.
Kursk vilayətinin qubernator əvəzi Aleksey Smirnov xalq müraciət edib: “Regional operativ qərargah bütün Qluşkovski rayonunun məcburi təxliyəsi haqqında qərar qəbul edib. Hörmətli həmvətənlər, sizdən vəziyyətə anlayışla yanaşmağı və təhlükəsizlik qüvvələrinin və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməyinizi xahiş edirəm”- müraciətdə deyilir.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı zamanı Qluşkovski rayonu üç tərəfdən sıxışdırılıb: qərbdən və cənubdan – Ukrayna sərhədindən və şərqdən. Rayonun əhalisi təxminən 20 min nəfərdir.
//Samir Qurbanov, Editor.az