Kursk vilayətində partlayışlar baş veribbackend

Kursk vilayətində partlayışlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kursk vilayəti yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Yerli sakinlər güclü partlayışlar olduğunu bildirirlər. Vilayətinin qubernatoru Roman Starovoyt ərazidə hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi yazır ki, onlar bölgə üzərində səmada Ukraynaya məxsus iki pilotsuz təyyarəni vurublar. Onlar daha sonra bildiriblər ki, hava hücumundan müdafiə qüvvələri Ukraynanın iki pilotsuz uçuş aparatını məhv edib. Rusiya Müdafiə Nazirliyi axşam saatlarında Belqorod vilayəti üzərində də Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını vurduqlarını bildirib.

//Samir Qurbanov, Editor.az