Kursk vilayətində rus hərbi kolonuna sarsıdıcı zərbə: 500-ə yaxın əsgəriin öldürüldüyü ehtimal edilirbackend

Kursk vilayətində rus hərbi kolonuna sarsıdıcı zərbə: 500-ə yaxın əsgərin öldürüldüyü ehtimal edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kursk vilayətində Rılsk yaxınlığında rus hərbi kolonu məhv edilib.

Editor az. NEXTA-ya istinadən xəbər verir ki, Rusiya bu zərbə nəticəsində 500-ə yaxın əsgər itirə bilər. Piyadaları daşıyan ondan çox hərbi yük maşınının məhv edildiyi bildirilir: “Bu yük maşınlarının hər birinin 35-ə qədər tam təchiz edilmiş hərbçi daşıya biləcəyi təxmin edilir.

Videoda məhv edilmiş 14 avtomobil göstərilir. Bu, Rusiya ordusunun bir zərbə nəticəsində 200-dən 490-a qədər əsgər itirmiş ola biləcəyini işarə edir”, – hesabatda deyilir. Bu, tammiqyaslı müharibənin başlamasından bəri Rusiya ordusu üçün ən böyük birdəfəlik itkilərdən ola bilər.

//Samir Qurbanov, Editor.az