Dronların kütləvi hücumundan sonra Kurskda bir neçə yaşayış binasında yanğınlar baş verib.
Kursk vilayəti administrasiyasının bəyanatında deyilir: “Kursk gecə düşmənin kütləvi hücumuna məruz qalıb”. Yerli əməliyyat qrupunun məlumatına görə, hücum nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Səlahiyyətlilərin məlumatına görə, şəhərdəki yaşayış binalarından birinin səkkizinci və doqquzuncu mərtəbələri zədələnib və orada yanğın baş verib. Bundan əlavə, daha iki çoxmərtəbəli bina yanır.
“Dronların endirilməsi nəticəsində daha üç fərdi evə ziyan dəyib. Hücumlardan biri təcili tibbi yardım maşınının qarajına düşüb, 11 avtomobilə ziyan dəyib”, – əməliyyat qərargahının məlumatında deyilir.
Hücumun dəqiq miqyası hələ bəlli olmasa da, Rusiyanın Telegram xəbər kanalları şəhərdə 20-dən çox partlayışın baş verdiyini bildirib. Daha sonra Rusiya Müdafiə Nazirliyi bir gecədə Kursk vilayəti səmasında 109 pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.
//Samir Qurbanov, Editor.az