Xalq artisti Tünzalə Ağayeva illərdir küsülü olduğu Faiq Ağayevin onun ünvanına dediyi təriflərə cavab verib.
Tünzalə bu haqda “Şourum”a açıqlamasında danışıb. O, həmkarının barışıq addımına müsbət reaksiya verib:
“Çox xırdalıqlara girmək istəmirəm, buna özəl səbəblərim var. İncəsənət nümayəndələri, böyük dahilər arasında böyük rəqabət, düşmənçilik olub. Amma dost və bir-birinə hörmət edənlər olub. İstəyərəm müsbətlərimiz çoxalsın. Müsbət danışan sənət dostlarıma hörmət bəsləyir və sayqıya-sayqı ilə cavab verirəm. Heç kim bir-birini çox istəməyə məcbur deyil. Amma sahənin inkişafı üçün hansısa münasibətə ehtiyac var. Təşəkkür edirəm, çox sağ olsun”.
Qeyd edək ki, F.Ağayev Tünzalənin ünvanına “Mənim gözümün qabağında səhnəyə gəlib. O gündən indiyə oxuma tərzi, səsi yadımda qalıb. Tünzalə gələndə mən “Bakı payızın”da münsif idim. Yaxşı, maraqlı, özünəməxsus müğənni idi. Səhnəyə hər keyfiyətli musiqi ifa edən müğənni gələndə sevinirsən” sözlərini söyləyib.

