Kütləvi qaçırılan nigeriyalı tələbələr sərbəst buraxılıbbackend

Kütləvi qaçırılan nigeriyalı tələbələr sərbəst buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmilər ölkənin şimal-qərbindəki Kuriga şəhərində silahlı şəxslər tərəfindən kütləvi şəkildə qaçırılan nigeriyalı tələbələrin sağ-salamat sərbəst buraxıldığını bildirib.

Editor.az xəbər verir ki, Kaduna əyalətinin qubernatoru Uba Sani təhlükəsizlik qüvvələrinin cəsarəti sayəsində xilas olduqlarını bildirib. Məktəb rəsmiləri 280-dən çox uşağın qaçırıldığını, hərbçilər isə 137 girovun azad edildiyini bildiriblər. Bildirilib ki, əməliyyat fidyə ödəmə müddətindən günlər əvvəl, bazar günü səhər tezdən həyata keçirilib.

Adı açıqlanmayan yüksək səviyyəli hökumət rəsmisi Kurigadan götürülən müəllimlərdən birinin əsirlikdə öldüyünü bildirib.

//Gülnarə Abasova, Editor.az