Küveyt əmiri Navaf əl-Əhməd əl-Cabir əs-Sabah səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.
Editor.az bildirir ki, bu barədə KUNA dövlət agentliyi xəbər verib. 86 yaşlı əmir müalicə və tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb.
Monarxın vəziyyətinin stabil olduğu bildirilir. Digər təfərrüatlar verilmir. Xatırladaq ki, Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 2020-ci ilin sentyabrından Küveytə rəhbərlik edir.
Onun sələfi Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah 2020-ci ilin iyulunda xəstəxanaya yerləşdirilib və 91 yaşlı monarx ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
//Samir Qurbanov, Editor.az

