Küveytdə terror fəaliyyəti şübhəsi ilə altı nəfər saxlanılıbbackend

Küveytdə terror fəaliyyəti şübhəsi ilə altı nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveytdə ölkə rəhbərlərinə qarşı sui-qəsd planlaşdırmaqda şübhəli bilinən altı nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Editor.az xəbər verir ki, bu barədə Küveytin Daxili İşlər Nazirliyi X sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

Açıqlamada bildirilib ki, aparılan diqqətli nəzarət və operativ tədbirlər nəticəsində terror planının qarşısı alınıb, həmçinin beşi Küveyt vətəndaşı, biri isə vətəndaşlığı olmayan xarici şəxs olmaqla altı şübhəli saxlanılıb.

Bununla yanaşı, xaricdə gizlənən daha 14 şübhəli şəxs müəyyən edilib. Onların arasında şiə qrupu Hizbullah’la əlaqəli iki İran vətəndaşı və iki Livan vətəndaşı da var.

Şübhəlilərin casusluq fəaliyyəti, terror təşkilatına üzvlük, yüksək vəzifəli dövlət rəsmilərinə və ölkə rəhbərliyinə qarşı sui-qəsd hazırlamaq, eləcə də xaricdə xüsusi hərbi təlim keçmək kimi cinayətləri etiraf etdikləri qeyd olunub.

//Gülnarə Abasova, Editor.az