KXDR Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağlayacaqbackend

KXDR Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Baş Qərargahı bildirib ki, Koreya yarımadasındakı vəziyyətin pisləşməsi ölkənin təhlükəsizliyi üçün “daha qətiyyətli tədbirlərin görülməsini” tələb edir.

Bununla bağlı KXDR Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağlayacaq. Departamentin bəyanatını Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb. Şimali Koreya Baş Qərargahının fikrincə, KXDR-in “suverenliyinə qəsd etmək üçün gücdən istifadə etmək cəhdlərini açıq şəkildə nümayiş etdirən” “düşmən qüvvələrin qarşıdurma maniyası” Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətini daha gözlənilməz edir.

Nümunə kimi departament Cənubi Koreya ilə ABŞ arasında keçirilən hərbi təlimləri göstərib. “Oktyabrın 9-da Cənubi Koreya ilə avtomobil və dəmir yollarının tamamilə bağlanması və güclü müdafiə strukturları ilə möhkəmləndirilməsi məqsədilə tikinti işlərinə başlanılacaq. İstənilən şəraitdə Cənubi Koreya ilə cənub sərhədinin daimi blokadası… müharibənin qarşısını almaq və respublikanın təhlükəsizliyini qorumaq məqsədi daşıyan özünümüdafiə tədbiridir”, – KXDR Baş Qərargahının bəyanatında deyilir.

//Samir Qurbanov, Editor.az